NATO Ukrayna ilə bağlı yekun sözünü DEDİ:İyulun ortalarında..”

NATO Ukrayna ilə bağlı yekun sözünü DEDİ: “İyulun ortalarında..”

“NATO liderləri iyulun ortalarında Vilnüsdə keçiriləcək sammitdə Ukraynanı alyansa üzv olmaq üçün dəvət etməyəcəklər”.

 

Sfera.az “The Guardian”a istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, Berlində Almaniya kansleri Olaf Şoltsla görüşdən sonra jurnalistlərə açıqlama verib.  Qurum rəhbəri əlavə edib ki, liderlər Ukraynanı alyansa yaxınlaşdırma yollarından danışacaqlar.

 

Digər tərəfdən vurğulanıb ki, alyansın bütün üzvləri uzun müddətdir, Ukraynanın müharibənin ortasında NATO-ya üzv ola bilməyəcəyini qəbul edib. “Lakin Baltikyanı ölkələr və Polşanın dəstəklədiyi Kiyev münaqişə sona çatdıqdan sonra onun qoşula biləcəyi tarix və ya vaxt cədvəlini istəyir”, - “The Guardian” qeyd edib.

 

Almaniya kansleri Olaf Şolts isə bildirib ki, Almaniya Ukraynadakı müharibənin hələ bir müddət davam edə biləcəyi ehtimalına hazırdır: “Biz buna hazırlaşırıq və siyasətimizi buna əsaslanaraq qururuq. Almaniya lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...