Tibbi ehtiyacları olan ermənilər TƏXLİYƏ EDİLİB
Kateqoriya məlum deyil
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.
Bu barədə "Modern.az"ın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
“Bu ay biz, humanitar neytral vasitəçi rolunda çıxış edərək, 65 nəfər xəstənin və onların ailə üzvlərinin təxliyə olmasına yardımçı olmuşuq”, - deyə o bildirib.






