Logo

"Belarusda nüvə silahlarının ilk partiyasını yerləşdirmişik" - Putin ETİRAF ETDİ

"Belarusda nüvə silahlarının ilk partiyasını yerləşdirmişik" - Putin ETİRAF ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Belarusda taktiki nüvə silahlarının ilk partiyasını yerləşdirdiyini və silah təhvilinin yayın sonuna qədər başa çatacağını bildirib.

Sfera.az xəbər verir ki, Putin bəyan edib ki, bu silahlar yalnız Rusiya ərazisi və ya dövlətinə təhlükə yaranarsa istifadə olunacaq.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışından sonra sualları cavablandıran Putin bu addımın “gücləndirmək” məqsədi daşıdığını və Rusiyaya “strateji məğlubiyyət verməyi düşünənlərə xatırlatma” olduğunu bildirib.

Bu silahlardan istifadənin mümkünlüyü barədə suala Putin belə cavab verib:

"Niyə biz bütün dünyanı təhdid etməliyik? Mən əvvəllər demişdim ki, Rusiya dövləti üçün təhlükə yaranarsa, ifrat tədbirlərə əl atmaq olar".

ABŞ hökuməti isə öz növbəsində bildirib ki, Kremlin Ukraynaya hücum üçün nüvə silahından istifadə etməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR