Logo

Bəxtiyar Hacıyevə əlavə ittihamlar verildi

Bəxtiyar Hacıyevə əlavə ittihamlar verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı əlavə ittihamlar irəli sürülüb.

Sfera.az"Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin ittihamlar Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 206-cı (qaçaqmalçılıq) maddələrindən ibarətdir.

Qeyd edək ki, B.Hacıyev ötən ilin dekabrın 9-da həbs edilib. O, ilk olaraq CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə ( məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunub.

İctimai fəalın həbs müddəti iyunun 28-dək uzadılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR