Deputat: \"Fazil Mustafaya qarşı olan terror hadisəsi bu məsələni prioritet edir\"

Deputat: \

"Fazil Mustafaya qarşı olan terror hadisəsi Bakıda "təhlükəsiz şəhər" sisteminin gücləndirilməsini aktual edir". 

 

Sfera.az bunu Milli Məclisin növbədənkənar iclasında deputat Etibar Əliyev deyib:


"Bu gün bütün dünyada terror hallarının çoxalması "təhlükəsiz şəhər" sistemini aktual edir. Kütlə içərisində axtarılan şəxslərin seçilməsi, mobil cihazla tapılması "təhlükəsiz şəhər" sistemi ilə daha rahatdır. Bakıda təhlükəsiz şəhər sistemi ilə nəzərdə tutlmuş qaydada 7300 kamera var. Lakin inkişaf etmiş şəhərlərdə bu rəqəm yüksəkdir. Fazil Mustafaya qarşı olan terror hadisəsi bizdə də bu məsələni prioritet edir".


Deputat hökumətin təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırmalı olduğunu qeyd edib:

 

"Bundan əlavə, mütləq yol xəritəsi hazırlanmalıdır. Müasir dünyanın çağırışlarına uyğun olaraq videomüşahdiə sistemləri quraşdırılmalıdır. İnkişaf etmiş ölkələr bu məsələdə süni intelektdən istifadə edirlər. Bu sahənin öyrənilməsinə diqqət ayrılmalı, optik şəbəkə inkişaf etdirilməli, data mərkəzinin gücü artırılmalıdır. Bu isə peşəkar kadrlar tələb edir. Odur ki, hökumət bu məsələyə diqqət yetirməlidir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR