Logo

“Hərbçilərimizin təminatla bağlı şikayətləri olmamalıdır” - Deputat

“Hərbçilərimizin təminatla bağlı şikayətləri olmamalıdır” - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Hərbçilərimizin problemlərinin həllinə nail olmaq üçün xüsusi mexanizm hazırlanmalıdır".

Sfera.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Fazil Mustafa çıxış edib. Millət vəkili hərbçilərin pensiya və sosial təminatlarla bağlı şikayətlərinin həllini zəruri sayıb:

"Bu gün Azərbaycanın sərhəd bölgələrində erməni işğalçıları və onların dəstəkçiləri tərəfindən Azərbaycanın suverenliyinə xələl gətirəcək adddımlar atılıb. Bu addımların qarşısı alınıb. Bu məlumatları həyəcanla izləyirik. Bizim  vəzifəmiz isə orada olan hərbçilərimizi düşünməkdir. Hazırda daha böyük yük sərhəd qoşunları, DTX personalı və daxili qoşunların üzərinə düşür. Onların təminatla bağlı şikayətləri olmamalıdır. Biz mexanizm yaratmalıyıq ki, onların şikayətləri həll olunsun. Bütün qurumlar  məsuliyyətini anlamalıdır. Hərbçi ən öndə gələn təbəqədir, onu incidəcək məsələlər olmamalıdır".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR