Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ - FOTO
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı feysbuk səhifəsində paylaşım edib.
"Qardaşımız, can dostumuz, qədim yol yoldaşımız olan Azərbaycanı 15 İyun Milli Qurtuluş günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamlarını və sevgilərini çatdırıram", paylaşımda qeyd olunub.






