Şuşa Bəyannaməsi Qarabağla bağlı bütün haqqların yalnız Azərbaycana aid olduğunu dünyaya bir daha göstərdi

Şuşa Bəyannaməsi Qarabağla bağlı bütün haqqların yalnız Azərbaycana aid olduğunu dünyaya bir daha göstərdi

Hər bir xalqın, dövlətin həyatında onun strateji yolunu, siyasi taleyini, perspektivlərini müəyyənləşdirən və böyük tarixi əhəmiyyət kəsb edən həlledici məqamlar olur. Bəzən də bu məqamlar tək ölkənin deyil, eyni zamanda tərəfdaş ölkələrin, bütün regionun gələcəyinin uğurlu qarantına çevrilir.

 

Belə məqaqamlardan biri də 2021-ci ilin 15 iyun tarixində qardaş Türkiyə dövləti ilə Azərbaycan arasında qardaşlığın və dostluğun tarixinə əsaslanaraq imzalanan Şuşa Bəyannaməsidir.

 

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü – 15 iyun tarixində imzalanması xüsusilə rəmzi məna daşıyır. Belə ki, bu tarix Qarabağ və Zəngəzurla bağlı çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünü bir daha vurğulayır. Eyni zamanda məkan olaraq tarixi gedişlərin şahidi olmuş Şuşanın seçilməsi də böyük anlam daşıyır.

 

İstər zaman, istər məkan baxımından xüsusi əhəmiyyət kəsb edən bu saziş soykökü ilə bağlı iki qardaş türk dövlətinin öz müstəqilliyini, sarsılmaz dostluğunu, gücünü və iradəsini bütün dünyaya bəlli edən bir sazişdir.

 

Şuşa Bəyannaməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi.

 

Bəyannamədə bir çox önəmli məsələlərə toxunulmuşdur. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, mədəniyyət, təhsil, iqtisadi-ticarət əlaqələri, həmçinin enerji təhlükəsizliyi, eyni zamanda müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də burada öz əksini tapmışdır. Bununla yanaşı Bəyannamədə tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də qeyd olunub. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

 

Bu saziş eyni zamanda beynəlxalq arenada Qarabağla bağlı bütün haqqların yalnız Azərbaycana aid olmasını və bu həqiqətə qarşı başqa heç bir yanaşmanın bizim üçün əhəmiyyət kəsb etmədiyini maraqlı tərəflərin birbaşa nəzərinə çatdırdı. Beləliklə də bütün dünya anladı ki, Qarabağla bağlı məsələlər və statusla bağlı bütün mövzular artıq birdəfəlik hər kəs üçün bağlandı.

 

Qeyd edək ki, Şuşa Bəyannaməsini Azərbaycan Cəmiyyəti ilə yanaşı, Türk dövlətləri, dost dövlətlər də izləyir.

 

Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı, türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da gücləndirəcək təkanverici qüvvədir. İşğaldan azad edilmiş torpaqlarımızda, Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalandığı Şuşada qardaş ölkə prezidentləri arasında imzalanan bu Bəyannamə əslində dünyada analoqu olmayan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir.  

 

Bir sözlə, Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır, sühsevər inteqrasiyaya yol açır, əməkdaşlığın bütün sahələrini əhatə edərək hər iki dövlətin gələcək inkişafına, daha qüdrətli ölkələrə çevriləcəklərinə bir daha əminlik yaradır.

 

Xatirə İsmayılova

Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...