AYB-nin Qubadlı bölməsinin adı dəyişdirildi
Kateqoriya məlum deyil
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinin adı dəyişdirilib.
Bu barədə Sfera.az-a AYB-dən məlumat verilib.
Bildirilib ki, Birliyin katibliyin növbəti toplantısı keçirilib. Gündəlikdəki məsələlərin müzakirəsi zamanı Birliyin Qubadlı bölməsinin adının dəyişdirilməsi təklifi səsləndirilib. Təklif müzakirə edilib və səsə qoyulub.
Yeni qərara əsasən, Birliyin Qubadlı bölməsi bundan sonra Şərqi Zəngəzur bölməsi adlandırılacaq.






