Logo

Mehriban Əliyeva ilə Əminə Ərdoğan İçərişəhərdə - FOTOLAR

Mehriban Əliyeva ilə Əminə Ərdoğan İçərişəhərdə - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.

Sfera.az xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.

İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan “Hacı Bani” hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Mehriban Əliyeva ilə Əminə Ərdoğan İçərişəhərdə - FOTOLAR
Mehriban Əliyeva ilə Əminə Ərdoğan İçərişəhərdə - FOTOLAR
Mehriban Əliyeva ilə Əminə Ərdoğan İçərişəhərdə - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR