Logo

Əkrəm İmamoğlu CHP sədrliyinə namizəd olacaq? - AÇIQLAMA

Əkrəm İmamoğlu CHP sədrliyinə namizəd olacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə namizədliyi müzakirə olunur.

Sfera.az "Habertürk"ə istinadən xəbər verir ki, bələdiyyə rəhbəri bununla bağlı jurnalistlərin sualına cavab verib. Əkrəm İmamoğlu bildirib ki, o, dəyişikliklərin olmasında qərarlıdır:

"Mən dəyişikliyə dair fikrimdə qəti qərarlıyam. Bu, bizim partiyada da olmalıdır ki, ölkədə fərdlərdən asılı nizam deyil, daimi demokratiya nizamı mövcud olsun. İstanbuldakı dəyişiklik çox yaxşı nəticə verdiyi kimi, siyasətdə, xüsusən də müxalifətdə baş verən bu dəyişikliyin və öz partiyamdan başlayan bu qığılcımın Türkiyə üçün çox yaxşı nəticə verəcəyinə əminəm.

Televiziya ekranları və ya mikrofonlar vasitəsi ilə ardıcıl mövqeyimlə yanaşı, ekranlar vasitəsi ilə siyasi partiyamın sədrinə və ya üzvlərinə mesaj göndərməyi də yanlış hesab edirəm.

Mənim namizəd olduğum tək bir şey var: Ölkəmizdə eynilə İstanbulda olduğu kimi böyük bir dəyişiklik istəyirəm".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR