Logo

Millət vəkilindən Tofiq Yaqubluya ETİRAZ: "Səni də qoruyur, niyə təhqir edirsən?"

Millət vəkilindən Tofiq Yaqubluya ETİRAZ: "Səni də qoruyur, niyə təhqir edirsən?"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu gün ölkəmizdə asayişin təmin olunmasında, terroristlərin aşkara çıxarlmasında Azərbaycan polisi xüsusi xidmət göstərir. Heç bir məntiq tapa bilmirəm ki, Tofiq Yaqublu nə üçün Azərbaycan polisi haqqında təhqiramiz ifadələr işlədir?".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deputat Elman Nəsirov deyib.

Millət vəkili Azərbaycan polisini inkişaf etmiş ölkələrin polisi ilə müqayisə edib:

"Biz pandemiya dövründə həkimlər və polisləri qəhrəman hesab edirdik. Tofiq Yaqublu baxıb görsün ki, inkişaf etmiş ölkələrdə, Avropada polis vətəndaşlara qarşı nələrdən istifadə edir? Polis orada insanlara qarşı atlardan, itlərdən istifadə edir, rezin gülləyə əl atır. Amma Azərbaycan polisi öz vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirir, eləcə də Tofiq Yaqublunu da qoruyur".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR