Logo

Rusiyalı deputatdan XƏBƏRDARLIQ: “Bu ölkələrdə hərbi əməliyyatlara başlayacağıq”

Rusiyalı deputatdan XƏBƏRDARLIQ: “Bu ölkələrdə hərbi əməliyyatlara başlayacağıq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“NATO qüvvələrinin hər hansı bəhanə ilə Ukraynaya yeridilməsi alyansın birbaşa münaqişənin iştirakçısına çevrilməsi deməkdir”.

Sfera.az bildirir ki, bunu rusiyalı deputat Oleq Morozov NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin son müsahibəsinə reaksiya verərkən deyib.

Rasmussen qeyd edib ki, iyulda Vilnüsdə keçiriləcək sammitdə Kiyev NATO-ya üzv olmaq təklifi almadığı təqdirdə alyansın ayrı-ayrı üzvləri öz qoşunlarını Ukraynaya göndərmək istəyə bilərlər.

O.Morozov isə bununla bağlı Qərb ölkələrinə xəbərdarlıq edib:

"Aydındır ki, hər hansı bəhanə ilə və hər hansı adla qoşun göndərmək bu ölkələrin silahlı münaqişədə birbaşa iştirakıdır. Biz seçim qarşısında qalmayacağıq. Belə olarsa, Rusiya da iştirakçı ölkələrin ərazisində hərbi əməliyyatlara başlamaqla eyni şeyi etməyə məcbur olacaq”.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR