Türkiyənin XİN rəhbəri Blinkenlə Azərbaycan-Ermənistan məsələsini müzakirə etdi

Türkiyənin XİN rəhbəri Blinkenlə Azərbaycan-Ermənistan məsələsini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

 

Blinken nazir Fidanı yeni təyinatı münasibətilə təbrik edib. Söhbət zamanı İsveçin NATO-ya üzvlüyü məsələsi, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesləri, F-16-ların alınması və modernləşdirilməsi müzakirə edilib. 


Qeyd olunur ki, Hakan və Blinken ümumi gündəmdəki məsələlərin həlli üçün ən qısa zamanda görüş təşkil etməyə hazır olduqlarını bildiriblər.

 

Xatırladaq ki, Hakan Fidan ümumi seçkilərdən və ölkənin yeni kabinetinin formalaşdırılmasından sonra bu vəzifədə Mövlud Çavuşoğlunu əvəzləyərək Türkiyənin xarici işlər naziri vəzifəsinə təyin edilib.


Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...