Logo

Türkiyə Böyük Millət Məclisində bu gün yeni sədr seçiləcək 

Türkiyə Böyük Millət Məclisində bu gün yeni sədr seçiləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Böyük Millət Məclisi bu gün yeni sədrini seçəcək.

Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, gizli səsvermə yolu ilə keçiriləcək seçkinin ilk iki turunda 400 səs tələb olunur. Bu olmadığı halda isə, üçüncü turda sadə səs çoxluğu kifayət edəcək.

Müraciətin son günündə namizədlər də bəlli olub. Belə ki,  AK Partiya və MHP Numan Kurtulmuşu namizəd olaraq irəli sürüb, CHP isə Tekin Bingölü...Cihan Paçacı isə İyi Partiyanın namizədi olaraq seçkiyə qatılacaq.

Qeyd olunub ki, seçki 4-cü tura qalarsa, ən çox səs toplayan namizəd Məclisin sədri olacaq. Türkiyə mediasının məlumatına görə, “Cümhur İttifaqı”nın namizədi Numan Kurtulmuşun TBMM-in yeni sədri seçiləcəyi gözlənilir.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR