Logo

"Kaxovka SES-dəki terror Kremlin sülh danışıqlarına çağıran ölkələrə cavabıdır" - Ukrayna XİN

"Kaxovka SES-dəki terror Kremlin sülh danışıqlarına çağıran ölkələrə cavabıdır" - Ukrayna XİN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Rusiya Kaxovka su anbarına hücumu öncədən planlaşdırıb”.

Sfera.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda bunlar qeyd olunub: “Biz Rusiya Federasiyasının Kaxovka SES bəndinin partlamasını Ukraynanın kritik infrastrukturuna qarşı terror aktı kimi qiymətləndiririk. Məqsəd mümkün qədər çox insan tələfatı və dağıntıdır. Kaxovka SES-də törədilən terror aktı Rusiya televiziyasında Xerson vilayətindəki işğalçı qüvvələr və təbliğatçılar səviyyəsində qızğın müzakirə olunub ki, bu da onun əvvəlcədən planlaşdırıldığına dəlalət edir. Kaxovka SES bəndinin partlaması son onilliklərdə Avropada baş vermiş ən böyük texnogen fəlakətdir və Rusiyanın ukraynalılara qarşı soyqırımının növbəti təzahürüdür”.

Nazirlik qeyd edib ki, sözügedən hadisə Kremlin sülh danışıqlarına çağıran ölkələrə cavabıdır.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR