Logo

“Ermənistan Qarabağa status tələb etmir” – Ararat Mirzoyan AÇIQLADI

“Ermənistan Qarabağa status tələb etmir” – Ararat Mirzoyan AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq niyyətində deyil.

Sfera.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Biz Qarabağ xalqından onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq  və statusun müəyyən edilməsi ilə bağlı iddiamız yoxdur", - Mirzoyan bildirib.

Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində Qarabağ erməniləri ilə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir.

Onun sözlərinə görə, Ermənistan bu dialoqun başlanması üçün mexanizmin, platformanın yaradılmasını təmin etməlidir.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadratmetrlik ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR