Logo

Ceyhun Bayramov Mövlud Çavuşoğluya ZƏNG ETDİ

Ceyhun Bayramov Mövlud Çavuşoğluya ZƏNG ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Ceyhun Bayramov Mövlud Çavuşoğlunun dost və qardaş Türkiyənin xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında qardaşlıq və yüksək səviyyəli müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətləri məmnunluqla vurğulayıb və qarşı tərəfə dərin minnətdarlığını bildirib.

Nazir, Mövlud Çavuşoğluya gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Mövlud Çavuşoğlu öz növbəsində, minnətdarlığını bildirərək, xarici işlər naziri çalışdığı müddət ərzində daim Azərbaycanın və Türkiyənin maraqlarını irəlilətdiyi, bundan sonra da iki ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinə töhfə verəcəyini vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR