Prezident və xanımı Türkiyədə SƏFƏRDƏDİR - FOTO/VİDEO
Kateqoriya məlum deyil
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gəlib.
Sfera.az xəbər verir ki, Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.








