Logo

Azərbaycan Hindistana başsağlığı verdi 

Azərbaycan Hindistana başsağlığı verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanda baş verən qatar qəzası ilə bağlı başsağlığı verib.

Sfera.az xəbər verir ki, XİN-in tviter hesabında edilən paylaşımda deyilir:

“Hindistanda sərnişin qatarının dəhşətli qəzaya düşməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, Hindistan xalqının və hökumətinin kədərini bölüşürük”.

Xatırladaq ki, Hindistanın Odişa əyalətində qatar və yük qatarının toqquşması nəticəsində 288 nəfər həlak olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR