Küveytin vəliəhdi İlham Əliyevə məktub ünvanladı
Kateqoriya məlum deyil
Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sfera.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri!
Sizi səmimiyyətlə salamlayıram. Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.
Bu gözəl bayram münasibətlə Sizə uzun ömür, xoşbəxtlik, uğurlar, ölkənizə və dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram".






