Baydenin ÇƏTİN SINAĞI: Trampa məğlub olur?

Baydenin ÇƏTİN SINAĞI: Trampa məğlub olur?

 “Donald Tramp Prezident Co Baydenlə mübarizəyə hazırlaşır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O qeyd edib ki, bunun üçün Tramp Respublikaçı Partiyanın əsas namizədi seçilməli və partiyadaşlarıyla mübarizədə ilkin seçkinin qalibi olmalıdır:

 

“Rəy sorğuları göstərir ki, Tramp partiyadakı rəqiblərini xeyli üstələyir. Onun sərt çıxışları yenidən məşhurlaşıb. Tramp sadə amerikalıların eşitmək istədiklərini deyir. Məsələn, o deyir ki, prezident olarsa, Rusiya-Ukrayna müharibəsini bitirəcək və ya Çin Tayvanı ələ keçirə bilməyəcək. Trampın fikrincə, Pekin Vaşinqtonun şərtlərini qəbul edəcək. O, Rusiya Prezidenti Vladimir Putinlə və Çin lideri Si Cinpinlə dil tapacağını vurğulayır. Halbuki, ABŞ-Çin arasında münasibətlərdə gərginlik məhz Trampın prezidentliyi dövründə başlamışdı və Ağ Evin o zamankı sahibi Çinə qarşı sərt sanksiyalar tətbiq etmişdi”.

 

Ekspert bildirib ki, prezident seçkisi yaxnlaşdıqca Tramp fəallığını daha da artıracaq:

 

“Tanınmış respubkaçı senatorlar, o cümlədən vaxtilə partiyalarından prezidentliyə iddalı olan Marko Rubio və Ted Kruz da Trampı dəstəkləməyə hazırdılar. Görünür, hər iki senator bununla Trampın qələbəsi halında müxtəlif vəzifələrə ümid edirlər.  Ağ Evin hazırkı sahibi Co Baydenin reytinqi yüksək deyil. Baydenin fiziki halı və çıxışları zamanı buraxdığı səhvlər amerikalıları narahat edir. Ona görə də gələcək seçkidə Trampın şansları yüksək sayıla bilər. Trampa mane ola biləcək amillərdən biri ona qarşı hər hansı məhkəmə çəkişməsi ola bilər. Ancaq Tramp bu kimi sınaqlardan uğurla çıxa bilən siyasətçidir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...