Logo

İsrail Prezidenti Azərbaycanın yəhudi icması ilə görüşdü - FOTO

İsrail Prezidenti Azərbaycanın yəhudi icması ilə görüşdü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda işgüzar səfərdə olan İsrail Prezidenti İshaq Hersoq yəhudi icması ilə görüş keçirib.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Hersoq öz tviter hesabında paylaşıb.

“Bu səhər Azərbaycanın möhtəşəm yəhudi icması ilə görüşdən çox məmnun oldum. Yəhudi və Azərbaycan xalqları arasındakı münasibətlər Azərbaycanda əsrlər boyu inkişaf edən yəhudi irsinə əsaslanır və ölkənin zəngin mədəni və siyasi həyatının bir hissəsidir. Dinlərarası əməkdaşlıq, mədəniyyətlərarası tolerantlıq və hörmətin bu irsi indiki zamanda xalqlarımızın ehtiyac duyduğu dəyərdir. Və bu, bütün dünyaya təqdim etdiyimiz bir hədiyyədir”, - deyə paylaşımda qeyd olunub.

İsrail Prezidenti Azərbaycanın yəhudi icması ilə görüşdü - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR