"Nazirlər vəzifəyə ata-baba sərmayəsi kimi baxır, azad sahibkarlıq mühiti yoxdur" - Milli Məclisdə ETİRAZ

"Bizdə gözəl nazirlər, öz vəzifəsini layiqincə yerinə yetirənlər var, lakin tutduğu vəzifəyə ata-baba sərmayəsi kimi baxanlar da var". 

 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirib.

 

Millət vəkili ölkədə azad sahibkarlıq mühitinin olmadığını qeyd edib:

 


"Bəzən məni qınayırlar ki, ölkədə azad sahibkarlıq mühitinin olmadığını deyirəm. Lakin hər şey kağız üzərindədir. Bu gün vergi güzəştləri ləğv olunmalıdır. Biznes mühitində dəyərlər yaratmaq lazımdır. Hər kəsin gözü önündə şərait yaradıb sonradan cəhənnəm əzabının yaşadılması düzgündürmü? Prezidentin fəarman və sərəncamları yerinə yetirilsəydi, hər yer gül-çiçək olardı. Bu gül-çiçəyin yerinə tikan əkənlər var və onlar qorxmurlar. Bilmirəm, mənim xəstəliyimin adı daltonizmdir, ya onların. Biz öncə siyasi birliyi düşünməliyik. İlk olaraq Qarabağı, köçkünlərimizin yurduna qayıtmağını düşünməliyik". 

 


Deputat ölkəyə qoyulan sərmayələrin xüsusi diqqətdə saxlanılmalı olduğuna diqqət çəkib:

 

"Necə olur ki, ayrı-ayrı şəxslərə yaşıl işıq yandırılır, başqa şəxslərə yox?  Əgər kimsə ölkəyə 1 milyon sərmayə qoymaq istəyirsə, onun yaxasından medal asmaq lazımdır, kim 5-10 milyon manat sərmayə qoyursa, onun başına dolanmaq lazımdır".

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...