“Ərdoğanı ciddi sınaqlar gözləyir” – Onun həll etməli olduğu əsas problemlər

“Ərdoğanı ciddi sınaqlar gözləyir” – Onun həll etməli olduğu əsas problemlər

“Türkiyədə deputat seçilmiş bir çox nazirlərin istefaya göndərilməsi gözlənilir. Sinan Oğanın Ərdoğandan heç bir vəzifə istəmədiyini deməsinə rəğmən, ona yeni kabinetdə post veriləcəyi istisna deyil”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O, qeyd edib ki, Türkiyənin xarici siyasətində türkdilli dövlətlərlə əlaqələr xüsusi önəm daşıyır və Ərdoğanın yeni hakimiyyəti dövründə bu məsələ prioritet olacaq:

 

“Ən diqqətçəkən məqamlardan biri Ermənistan baş naziri Nikol Paşinyanın Ərdoğanı təbrik etməsi oldu. O, təbrikində Türkiyə ilə münasibətlərin normallaşmasının davam edəcəyinə ümidini ifadə etdi. Bəzi erməni KİV-in yazdığına görə, ermənilər Ərdoğanın qalib gəlməsini istəmirdi. Əslində bu, müəyyən mənada başadüşüləndir. Paşinyanın açıqlaması isə göstərir ki, rəsmi İrəvan regional reallıqları, o cümlədən, Türkiyənin bölgənin əsas siyasi aktoru olmasını anlayır və bunu qəbul edir. Paşinyan bilir ki, bundan sonra onun üçün asan olmayaq. Ona görə də indidən Türkiyənin "çətiri altına keçməyə tələsir". Düşünürəm ki, Ermənistanın hökumət başçısı Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır. Ərdoğanın yeni hakimiyyəti dövründə Ermənistanla yanaşı, Misirlə də münasibətlərin normallaşması prosesi davam edəcək.  Qərb və Rusiya ilə münasibətlərdə ciddi dəyişikliyin olacağını düşünmürəm”.

 

Müsahibimiz deyib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa, Suriya və İraqın şimalını terrorçulardan təmizləməyə davam edəcək:

 

“Eyni zamanda daxildəki suriyalı qaçqınların ölkələrinə qayıtmaları istiqamətində sürətli addımların atılacağını güman edirəm. Çünki Türkiyədəki suriyalılar xalqı narazı salan əsas məsələdir. Yəqin ki, Ərdoğan bunu nəzərə alacaq. Suriyalıların ölkələrinə qayıdışı Türkiyənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün də əhəmiyyətlidir. Fikrimcə, Ərdoğan iqtisadi durğunluğu aradan qaldırmağa, inflyasiyanı aşağı salmağa çalışacaq. Fevralın 6- da baş vermiş dəhşətli zəlzələnin aradan qaldırılması da hakimiyyətin diqqətində olacaq. Beləliklə, iqtidarının yeni dönəmində Ərdoğanı ciddi sınaqlar gözləyir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...