Nazirlər deputat seçilib, Ərdoğan bu postlara kimləri GƏTİRƏCƏK?

Nazirlər deputat seçilib, Ərdoğan bu postlara kimləri GƏTİRƏCƏK?

Türkiyədəki seçkilərdən sonra yeni Nazirlər Kabinetinin üzvləri müzakirə mövzusu olub.

 

Sfera.az bildirir ki, bu istiqamətdə bir sıra iddialar səsləndirilib. Səhiyyə naziri Fahrettin Koca, Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoydan başqa hazırkı kabinetdən bütün adlar millət vəkili seçildiyi üçün prezident Ərdoğanın yeni simalarla yoluna davam etməsi gözlənilir.

 

Türkiyə Konstitusiyaya görə, deputatlar nazir ola bilməz, kabinetə təyin olunacaq adlar parlamentdən kənarda seçilir. İstanbuldan millət vəkili seçilən Süleyman Soylunun yerinə Daxili İşlər Nazirliyindəki vəzifə üçün fərqli adlar səsləndirilir. AK Partiyada Soylunun deputatlıqdan istefa verərək nazir kürsüsünə keçməsi ehtimalı hələ də tam istisna edilmir. Bununla belə, Ərdoğanın Soylunu seçməyəcəyi halda, ən güvəndiyi adlardan birinin 2014-cü ildən Milli Təhlükəsizlik Şurasının baş katibi olan Seyfullah Hacımüftüoğlu olduğu vurğulanır.

 

Bildirilib ki, yeni prezidentlik dövründə ən kritik yerlərdən biri Xəzinə və Maliyyə Nazirliyi olacaq. Medianın məlumatına görə, Rəcəp Tayyip Ərdoğan yenidən keçmiş xəzinə və maliyyə naziri Mehmet Şimşəkdən yararlanmaq istəyir. Həmçinin, deputat olmayan səhiyyə nazirinin vəzifəsini icra etməyəcəyi iddia edilib. Ərdoğanın Ankara Universitetinin rektoru vəzifəsində çalışan Səhiyyə Komissiyasının keçmiş rəhbəri Necdət Ünüvara üstünlük verə biləcəyi irəli sürülüb. İddialara görə,  Türkiyə prezidenti millət vəkili seçilən milli müdafiə naziri Hulusi Akarın istefa verməsini tələb edəcək.  Ehtimallara görə, onun yerinə hazırkı Baş Qərargah rəisi Yaşar Güləri seçiləcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...