"Rusiya ilə müharibəyə girmək üçün Türkiyənin..." - Baydenin Ərdoğanı təbrikinin PƏRDƏARXASI

Türkiyənin yenidən seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğandan NATO çərçivəsində əməkdaşlıq gözlənilir. 

 

Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edərkən belə bir açıqlama verib.

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən NATO müttəfiqləri kimi ikitərəfli siyasət və ümumi qlobal çağırışlar üzrə gələcək əməkdaşlığı səbirsizliklə gözləyirəm”, - Bayden Tvitter səhifəsində yazıb.

 

Türkiyəli analitik Berjan Tutaryu qeyd edib ki, hərbi-siyasi alyans Rusiya ilə genişmiqyaslı hərbi münaqişəyə başlamaq üçün Türkiyənin razılığını almağa çalışacaq. O, əmin edib ki, alyans Rusiya ilə müharibəyə girmək üçün fəaliyyət planı hazırlayıb. 

 

Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalının sözlərinə görə, Ukrayna Rusiya ilə münaqişədə uduzacaq və Donbass ərazisinə nəzarət edə bilməyəcək.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...