Əliyevlə Paşinyanın Moskva görüşündə hansı razılaşmalar olacaq? – “Kreml çalışacaq ki...”

Əliyevlə Paşinyanın Moskva görüşündə hansı razılaşmalar olacaq? – “Kreml çalışacaq ki...”

“Kreml bütün imkanları ilə təşəbbüsü əldən verməməyə çalışır”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov prezident İlham Əliyevin Rusiyaya səfərinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, ABŞ-nin sülh prosesində rolu artdıqca regiondakı təsir imkanları güclənir və bu, Rusiyanın strateji maraqlarına ziddir:

 

“Bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Fikrimcə, Kreml ənənəsindən fərqli olaraq bu görüşdə müəyyən nəticələrin əldə olunmasına çalışacaq. Bu, Rusiyaya ABŞ-nin  vasitəçilik səylərini kölgədə qoymaq üçün lazımdır. Düşünürəm ki, Kreml liderlerin görüşündən sonra müzakirələrdən razı qaldığını bildirəcək. Ümumiyyətlə, hazırda Kremlin vasitəçilik fəlsəfəsi təxminən belədir: bizim səylərimiz nəticəsində irəliləyiş təmin olunur, deməli, təmasları davam etdirmək lazımdır”.

 

Müsahibimiz deyib ki, Rusiyanın vasitəçilik səyləri səmimi deyil:

 

“Amma bu dövlət məhz ABŞ amilinə görə səylərini davam etdirməyə və xüsusilə Azərbaycanı qane etməyə məcburdur. Əks halda Moskva moderatorluq rolunu tamamilə itirə bilər. Rusiya ilə Qərb arasındakı rəqabət fonunda yaranmış yeni şərait rəsmi Bakının maraqlarına uyğundur. Biz hər iki gücün "qabağa düşmək" cəhdlərindən istifadə edərək öz maraqlarımızı təmin etməliyik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR