Putinin GİZLİ PLANI AÇIQLANDI: “Qərbin diqqətini yayındırmaq üçün..”
Bosniya və Herseqovinanın BMT-yə yeni təyin olunmuş səfiri Zlatko Laqumdzijanın açıqlamaları gündəm olub.
Sfera.az bildirir ki, onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Qərbin diqqətini Ukrayna müharibəsindən yayındırmaq üçün Balkanlara yönəlib.
“Putin bu plan çərçivəsində Şərqi Avropada ikinci münaqişəni qızışdırmaq istəyir”, - Laqumdzijan deyib. O, Vaşinqtona bu məsələ ilə bağlı xəbərdarlıq edib.
Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi “Washington Times” qəzetinə verdiyi açıqlamada bunları söyləyib:
“Son beş-altı ildə, xüsusən də Qərbi Balkanlarda Rusiyanın təsiri çox olub. Ruslar separatçı təbliğat və əlaqələri gücləndirir, lakin bunu inkar edirlər. Kremlin Ukraynadakı uğursuzluğu isə ABŞ və Avropa Birliyinə yol açır. Yəni, bizim son illərdə Rusiya, Çin və digərləri tərəfindən itirilən regional nüfuzu bərpa etmək şansımız var”.
Günay Rəsulqızı