Logo

Sinan Oğan qərarını bu tarixdə açıqlayacaq

Sinan Oğan qərarını bu tarixdə açıqlayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin ilk turunda üçüncü yeri tutan ATA İttifaqının namizədi Sinan Oğan mayın 22-də ictimaiyyətə açıqlama verəcək.

Sfera.az xəbər verir ki, bu barədə ittifaqda təmsil olunan Zəfər partiyasının sədri Ümit Özdağ məlumat verib.

Onun sözlərinə görə, Oğan sabah prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayacaq.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Ümit Özdağ isə CHP lideri Kemal Kılıçdaroğlu ilə görüşən Sinan Oğan "Twitter"də etdiyi paylaşımda da Bazarertəsinə nişan etmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR