Zelenski Yaponiyada səfərdədir - G7-nin sammitində iştirak edəcək
Kateqoriya məlum deyil
Ukrayna Prezidenti Volodimir Zelenski Hirosimada keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin sammitində iştirak etmək üçün Yaponiyaya səfər edib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Yaponiya XİN-in məlumatına əsasən, daha əvvəl Ukrayna dövlət başçısının sammitdə onlayn rejimdə iştirak edəcəyi gözlənilirdi.
Qeyd edilib ki, V.Zelenski sonradan sammitdə şəxsən iştirak etmək istəyib və Yaponiya hökuməti bu təklifi qəbul edib.






