Avropa İttifaqından Rusiyaya daha bir ZƏRBƏ - Ticarəti...

Avropa İttifaqından Rusiyaya daha bir ZƏRBƏ - Ticarəti...

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya ilə almaz ticarətini məhdudlaşdırmağa hazırlaşır. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda açıqlamanı Aİ Şurasının sədri Şarl Mişel verib. 


O bildirib ki, Rusiya ilə bütün mal qrupları üzrə ticarət məhdudlaşdırılmalıdır və bura almaz ticarəti də daxil edilməlidir. 


Mişel bu açıqlamanı Yaponiyanın Xirosima şəhərində keçirilən “G7 Liderlər Sammiti”ndən əvvəl verib.


Aİ Şurasının sədri xatırladıb ki, müharibə başlayandan ittifaq ölkələri Ukraynaya 70 milyard avrodan çox yardım edib. Rusiyanın Avropa bazarlarında mühüm məhsulları əldə etmək imkanlarının məhdudlaşdırıldığını deyən Mişel yeni tədbirlər görəcəklərini vurğulayıb. 


Qeyd edək ki, Rusiya dünyada ən çox almaz çıxaran və ixrac edən ölkədir. Bu ölkənin 973 milyon karat (194 600 kq) almaz ehtiyatı var. Bu qədər almazın bazar dəyəri 5-8 trilyon dollardır. 


Rusiyadan almaz alan ölkələr arasında Aİ qabaqcıllar sırasındadır. Hər il Rusiya almaz ixracından 4-6 milyard dollar gəlir əldə edir. 


Vasif


OXŞAR XƏBƏRLƏR