Logo

"İran və Azərbaycanla razılaşmaya ümid edirik" - Putindən AÇIQLAMA

"İran və Azərbaycanla razılaşmaya ümid edirik" - Putindən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Rusiya İran və Azərbaycanla yükdaşımalarla bağlı razılaşmaya ümid edir”.

Sfera.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, İran prezidenti İbrahim Rəisi ilə birlikdə videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak edib.

“Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda dəmir yolu infrastrukturunun inkişafı və Şimal-Cənub marşrutu ilə yük daşımalarının inkişafı üzrə əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik”, - Putin bildirib. O qeyd edib ki, bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza yaradacaq.

Qeyd edək ki, İran Astara-Rəşt dəmir yolunun tikintisi layihəsinə dair sazişi hələ 2005-ci ildə imzalayıb. Tikintinin aktiv mərhələsi yalnız 2018-ci ildə başlayıb.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR