Prezident: Ermənilər xalqımıza qarşı mədəni soyqırımı törədib
Kateqoriya məlum deyil
30 illik işğal dövründə ermənilər xalqımıza qarşı mədəni soyqırımı törədib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib. Azərbaycan Prezidenti həmin ərazilərdə ermənilərin İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırıb.
Dövlət başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib.






