Azərbaycandan gedən səslər AÇIQLANDI - Ən çox səs ona verilib!
Kateqoriya məlum deyil
Türkiyədə prezident və parlament seçkiləri üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycanda seçici fəallığı 78.4% olub.
Hazırda səslərin 6.7%-i sayılıb.
Bu nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50.23%, CHP sədri Kemal Kılıçdaroğlu 42.91, ATA ittifaqının namizədi Sinan Oğan 5.76%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Məhərrəm İncə 1.09% səs toplayıb.






