Zelenskinin SƏS-KÜYLÜ AÇIQLAMASI: Gizli mesaj yoxsa blef?
Zelenskinin əks-hücum planı ilə bağlı son açıqlaması hələ də dünya mediasında müzakirə obyekti olaraq qalır.
Sfera.az bildirir ki, iddialara görə, Ukrayna lideri sözügedən çıxışı Qərbdən daha çox silah tədarük etmək üçün edib. Belə ki, Ukrayna ordusunun hücuma hazırlığı ilə bağlı mənbələr bu barədə “Financial Times” nəşrinə açıqlama verib.
“Ukrayna Prezidenti Volodimir Zelenskinin mesajı saxtakarlıq və ya strategiyanın bir hissəsi ola bilər. Bu, Qərbi Ukraynaya daha çox silah verməyə məcbur etmək məqsədi daşıyır”, - deyə “Financial Times” mənbənin sözlərindən sitat gətirib.
Qeyd edək ki, ötən günlərdə Ukrayna lideri ilin əvvəlində açıqlanan, gözlənilən yaz əks-hücum əməliyyatının təxirə salındığını, ordunun gözləməli olduğunu bildirmişdi.
Günay Rəsulqızı






