Logo

Roma hava məkanı bağlanacaq: Zelenskiyə görə

Roma hava məkanı bağlanacaq: Zelenskiyə görə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Roma rəhbərliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.

Sfera.az bildirir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Ukrayna dövlət başçısının səfəri ilə əlaqədar İtaliya paytaxtının hava məkanı bağlanacaq.

Məlumata görə, təhlükəsizlik tədbiri polis helikopterlərinin köməyi ilə həyata keçiriləcək. Bundan başqa, Zelenskinin səfəri ilə əlaqədar dəmiryol vağzallarında və hava limanlarında nəzarət gücləndiriləcək.

Xatırladaq ki, Ukrayna liderinin mayın 13-də İtaliyaya səfər edəcəyi gözlənilir.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR