Logo

Kremldən Kılıçdaroğlunun Rusiya barədə açıqlamasına SƏRT REAKSİYA: "Yalançıdır!"

Kremldən Kılıçdaroğlunun Rusiya barədə açıqlamasına SƏRT REAKSİYA: "Yalançıdır!"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə “Altılı masa”nın prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlunun Rusiya barədə açıqlamasına Kremldən reaksiya gəlib.

Sfera.az bildirir ki, Kreml seçkiyə müdaxilə iddialarını təkzib edib.

"Türkiyədə seçkilərə müdaxilə etdiyimizlə bağlı açıqlamanın səbəbini bilmirik və buna qəti şəkildə qarşıyıq. Türkiyədəki əsas müxalifət namizədinə bu cür iddiaları çatdıran hər kəs yalançıdır", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, Kılıçdaroğlu dünən sosial media hesabında “Sevgili rus dostlarımız. Dünən bu ölkədə ortaya çıxan montajlar, tələlər, “dip-feyk” məzmunlar, kasetlərin arxasında siz varsınız. Əgər 15 maydan sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, əlinizi türkün dövlətindən çəkin. Biz hələ də işbirliyindən və dostluqdan yanayıq” yazmışdı.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR