Muharrem İncənin namizədliyini geri götürməsi kimin işinə yarayacaq? - ŞƏRH

Muharrem İncənin namizədliyini geri götürməsi kimin işinə yarayacaq? - ŞƏRH

Məmləkət Partiyasının sədri Məhərrəm İncənin namizədliyini geri çəkib. Hesab edirəm ki, bu, doğru və bir qədər də gecikmiş bir qərardır. İncənin bir çox üstün cəhətləri var. O, ağıllı, hazır cavab, xarizmatik, kütləni ələ ala bilən hətta fərqli ideologiyadakı kütlələrə xitab edə bilən bir siyasi fiqurdur. 
Lakin bütün bunlar İncənin seçkilərdə qələbə qazanması üçün kifayət deyil. 


İncənin zəif tərəfləri


Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu ilə müqayisədə Məhərrəm İncə zəif bir fiqurdur. Məhərrəm İncənin yəqin ki, ən zəif tərəfi onun böhran vəziyyətlərini idarə edə bilməməsidir.Çünki o, emosional bir şəxsdir və hisslərini, ambisiyalarını idarə edə bilmir. Bu isə Türkiyədə bir siyasətçi üçün heç də yaxşı hal deyil. 
İncə şantaj, təhdid, böhtan qarşısında tab gətirə bilmədi. O, hər şeyi hesablayıb seçkilərə qatıldığını düşünsə də görünür siyasətin qeyd etdiyim bu çirkin yanlarını hesaba qata bilməyib. Halbuki Türkiyə və dünyanın bir çox ölkələrində şantaj, təhdid, böhtan seçki marafonunun bir parçasıdır. 


Uğursuz geri çəkilmə


Məhərrəm İncə əslində namizədliyini daha tez geri çəkməli idi. Bu ona daha sərfəli şərtlər yarada bilərdi. İndiki məqamda isə demək olar ki, heç bir real qazanc əldə edə bilməyəcək. İncənin əldə etdiyi tək şey yəqin ki, gələcək siyasi kareyerasını qorumaqdır. Şantaj, təhdid, böhtanın davam etməsi İncənin siyasi karyerasını bitirə bilərdi.


CHP-yə tərs şillə


Məhərrəm İncənin namizədliyini geri çəkməsi onun səslərinin kimə gedəcəyi sualını aktuallaşdırır. Hesab etmək olar ki, səslər Ərdoğan və Kılıçdaroğlu arasında bölünəcək. Bunu deməyə əsas verən başlıca şey  İncənin namizədlikdən çəkilərkən, “altılı masa”ya işarə etməsidir. Bu onun səslərinin Kılıçdaroğluna gedəcəyini sual altına salır. 


Növbəti Sinan Oğanındır?


Məhərrəm İncənin namizədliyini geri çəkməsi öz növbəsində “Ata İttifaqı”nın namizədi Sinan Oğan da namizədliyini geri götürəcəkmi sualını
aktuallaşdırır.Məhərrəm İncədən fərqli olaraq Sinan Oğan sonadək mübarizə aparacaq. Əslində İncənin geri çəkilməsi Oğanın xeyrinədir. Bu onun prestijini artırır. 
Oğan seçkilərdə qələbə qazanmasa belə sona qədər mübarizəni davam etdirməsi onun gələcək seçkilərə daha güclü və inamlı qatılmasını təmin edəcək.  


Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...