"Türkiyə artıq ABŞ-yə əhəmiyyət vermir" - Süleyman Soylu

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, Türkiyədə ABŞ prezidentinin bəyanatlarına fərqli yanaşmağa başlayıblar və artıq onlara əhəmiyyət vermirlər. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.


Soylu vurğulayıb ki, Pezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsi ilə dövlət “Qərb qəyyumluğunu” aradan qaldıra bilib. O hesab edir ki, hazırda Türkiyədə qərbyönlü icra hakimiyyəti institutu yoxdur.


“Vaxt var idi ki, Türkiyədə media Qərbə yönəlmişdi. Amerika səfirləri nə deyirdilərsə, əsas hekayə o olurdu. İndi ABŞ prezidenti nə desə də Türkiyə ona fikir vermir”, - Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.

 

S.Soylu bildirib ki,  ABŞ öz səfirliklərinin köməyi ilə Türkiyə və Avropa ölkələrinin daxili işlərinə qarışır, həmçinin Suriyadakı kürd təşkilatları ilə əməkdaşlıq edərək Türkiyə sərhədləri yaxınlığında “terror dövləti” yaratmağa çalışır.

 

İnci


OXŞAR XƏBƏRLƏR