Logo

III Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLAR

III Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün baş tutan kral III Çarlzın tacqoyma mərasimində iştirak edənlərin dəbdəbəli geyimi müzakirə obyekti olub.

Sfera.az bildirir ki, kral ailəsinin üzvləri, məşhurlar, dünya liderləri və nüfuzlu şəxslər kral III Çarlz və kraliça Kamillanın tacqoyma mərasiminə şahid olmaq üçün Vestminster Abbatlığına axışıblar. Belə ki, Uels şahzadəsi Keyt Middleton “Alexander McQueen”in hazırladığı qızılgül və nərgiz motivləri ilə bəzədilmiş ipək paltar geyinib. Bu isə “Birləşmiş Krallıq xalqlarına salam” kimi dəyərləndirilib. O, həmçinin mərhum qayınanası Şahzadə Dianaya məxsus brilyant daşlı mirvari sırğa taxıb. Mərasimdə müğənni Keti Perri “Vivienne Westwood” imzalı çəhrayı paltarı, Dame Emma Tompson isə qızılgüllərlə bəzədilmiş “Emilia Wickstead” imzalı qırmızı paltosunda diqqətləri cəlb edib.

ABŞ-nin birinci xanımı Cil Bayden nəvəsi Finneqan Bayden ilə birlikdə mərasimdə iştirak edib. Hər ikisi sarı və mavi olmaqla, monoxromatik geyimdə olub. Qeyd edilib ki, bu, Ukrayna bayrağının rənglərinə işarə idi.

Türkan

III Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLAR

III Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLARIII Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLARIII Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLARIII Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLARIII Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLARIII Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLARIII Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLARIII Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLARIII Çarlzın tacqoyma mərasimindən dəbdəbəli FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR