Paşinyan Putinlə Kreml divarları arxasında nələrdən danışacaq? – Müəmmalı səfər

Paşinyan Putinlə Kreml divarları arxasında nələrdən danışacaq? – Müəmmalı səfər

Bu gün Paşinyanın Moskvaya səfəri baş tutacaq. Qeyd olunub ki, hökumət başçısı mayın 9-u axşamadək Rusiya paytaxtında qalacaq.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, səfərin detalları açıqlanmasa da, Paşinyanın sabah paradda iştirak edəcəyi bildirilir:

 

“Eyni zamanda Ermənistan baş naziri Putin və digər dövlət rəsmiləri ilə görüşəcək. Danışıqların təqribən hansı istiqamətdə olacağı məlumdur. Əsas istiqamət Azərbaycan-Ermənistan danışıqları, Qarabağ məsələsi olacaq. Xarici işlər nazirlərinin Vaşinqton görüşü, Paşinyanın verdiyi açıqlamalar gündəmdədir. Ümumi olaraq, verilən məlumat Paşinyanın paradda iştirakı ilə əlaqəlidir. Düşünürəm ki, görüşdə əsas müzakirə obyekti ikili münasibətlərdən çox regional məsələlər olacaq”.

 

Müsahibimiz Rusiyanın iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəmədiyini xatırladıb:

 

“ABŞ-də danışıqlarda irəliləyişin olması Rusiyanın maraqlarına ziddir. Bu prosesi pozmaq üçün hansı addımların atılması müəyyən olunmalıdır. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir neçə həftə əvvəl Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin başqa bir görüşünün Moskvada baş tutacağını demişdi. Görünür, bu məsələlər də müzakirə ediləcək. Detallar açıqlanmadığına görə vəziyyəti tam başa düşmək olmur, hər halda qeyd edilən məsələlər ətrafında müzakilərin gedəcəyi danılmazdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR