Azərbaycan və Ermənistan liderləri yenidən bir araya gəlir – Vasitəçi Şarl Mişeldir

Azərbaycan və Ermənistan liderləri yenidən bir araya gəlir – Vasitəçi Şarl Mişeldir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bazar günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri görüşün hazırlıqları ilə tanış olan üç rəsmiyə istinadən yazıb.

 

Bu görüş fevralda Münhendəki danışıqlardan və keçən həftə iki ölkənin xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən geniş müzakirələrdən sonra iki lider arasında ilk təkbətək təmas olacaq.

 

Üç lider həmçinin iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makronla daha bir görüş keçirməyi planlaşdırır.

 

Qəzetin məlumatına görə, danışıqlarda Laçın yolundakı durum, həmçinin sərhədlərin demarkasiyası, əsirlərin mübadiləsi və digər mövzular müzakirə olunacaq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR