Logo

Ceyhun Bayramovla Çavuşoğlu telefonla DANIŞDI

Ceyhun Bayramovla Çavuşoğlu telefonla DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Sfera.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.

Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR