Logo

Baydenin müşavirindən Azərbaycan və Ermənistanla bağlı MÜHÜM AÇIQLAMA

Baydenin müşavirindən Azərbaycan və Ermənistanla bağlı MÜHÜM AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Vaşinqton İrəvan və Bakının danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır”.

Sfera.az bildirir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib. O, bu barədə sosial media hesabında paylaşım edib.

“Biz Ermənistan və Azərbaycan arasında dialoqun davam etdirilməsinə çağırırıq. Davamlı və ədalətli razılaşma hər iki ölkə və bütövlükdə region üçün imkanların açılmasının açarı olacaq”, - Sallivan bildirib.

Xatırladaq ki, mayın 1-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ABŞ dövlət katibi Entoni Blinkenlə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Bir neçə gündür ki, Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar gedir.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR