Ukrayna savaşının 400-cü günündə gələn zəng: “Bu olmasa, müharibə dayandırılmayacaq”

Ukrayna savaşının 400-cü günündə gələn zəng: “Bu olmasa, müharibə dayandırılmayacaq”

Son günlər Ukrayna Prezidenti Volodimir Zelenski ilə Çin lideri Si Cinpinin telefon danışığı dünya mediasının müzakirə obyektinə çevrilib.  

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu xatırladıb ki, Si Cinpin müharibənin yalnız 400-cü günü Kiyevə zəng edib:

 

“Buna qədər o, Volodimir Zelenski ilə təmasdan yayınıb. “Politico” nəşrində yayımlanan məqalədə Çinin Rusiyaya silah və hərbi texnika verməkdən çəkindiyi bildirilib. Pekin Qərbin sanksiyalarından ehtiyat edir. Buna baxmayaraq, Çin Rusiya ilə əməkdaşlığı genişləndirməyə qərar verib.  Pekin vasitəçi təşəbbüslərini gücləndirməklə bu sahədə Qərbi əvəzləməyə çalışır. Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırması buna nümunədir. Bu iki dövlət arasında danışıqlar Pekində gedirdi. Si Cinpin Moskva və Kiyevlə təmaslara baş vurmaqla Ukraynadakı müharibənin dayandırılması üçün də fəallığını artırıb. Ancaq Qərb Pekinə vasitəçi olmağa imkan verməyəcək”.

 

Politoloq qeyd edib ki, Pekin hələ də Rusiya ordusunun Ukrayna ərazisini tərk etməli olduğunu demir:

 

“Bunsuz müharibə dayandırılmayacaq. Pekin Ukraynanın ərazi bütövlüyünü tanısa da, Rusiyanın işğal etdiyi ərazilərlər bağlı mövqe bildirməkdən çəkinir. Kiyev də Pekinin bu şəkildə vasitəçiliyini qəbul etməyəcək. Buna baxmayaraq, Ukrayna Prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpinlə dialoqunu davam etdirəcək. Bu, Zelenskiyə ona görə lazımdır ki, Pekin tamamilə Kremlin yanında yer almasın və Çin Rusiyaya həri texnika satmağa qərar verməsin”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....