“Ağ Ev sülh müqaviləsi üçün tələsir” – Blinken Əliyevə niyə zəng etmişdi?

“Ağ Ev sülh müqaviləsi üçün tələsir” – Blinken Əliyevə niyə zəng etmişdi?

Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Blinken  Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-nin dəstəyinin davam edəcəyini bildirib.

 

O, həmçinin, sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Blinken daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyanla da danışıb və liderlərlə təmasların ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl baş tutması diqqət çəkir:

 

“Rəsmi Vaşinqton sülh müqaviləsi istiqamətində müəyyən nəticələrin əldə olunmasında nəinki maraqlı, həm də israrlıdır. Bəllidir ki, Ermənistanla Azərbaycan arasında ehtimal edilən sülh müqaviləsi ilə bağlı üç əsas platforma var: Vaşinqton, Brüssel və Moskva formatları. Son zamanlar ABŞ digər iki gücü qabaqlayıb və daha real vasitəçiyə çevrilib. Bunun bir neçə əsas səbəbi var.

 

Birincisi, Rusiyanın vasitəçilik səyləri istədiyimiz sürətlə davam etmir.

 

İkincisi, əslində Avropa İttifaqı(Aİ) ilk vaxtlar vasitəçilik səylərində səmimi görünürdü. Amma Fransa bu qurumunun sədri kimi çox vaxt olduğu kimi yenə də "suların durulmasına" mane olur. Parisin açıq-aydın ermənipərəst mövqeyi Aİ-nin vasitəçiliyində də hiss olunur.

 

Üçüncüsü, ABŞ Rusiyaya nisbətən sülh müqaviləsində daha maraqlıdır. Ağ Evi düşündürən regiondakı iqtisadi maraqlarıdır. Bu maraqların reallaşması üçün isə isə bölgədə təhlükəsizliyin təmin olunması və nəqliyyat-kommunikasiya xətlərinin açılması vacibdir”.

 

Ekspert bildirib ki, Ağ Ev sülh müqaviləsi istiqamətində müəyyən nəticələrin əldə olunması üçün tələsir:

 

“Nazirlərin görüşündə hansısa nəticələrin əldə olunması mümkündür. Blinkenin görüşdən əvvəl liderlərlərlə telefon danışığı da bunu deməyə əsas verir. Blinkenin iştirakı ilə nazirlərin görüşünün nəticəsində sülh müqaviləsinin ilkin variantının müəyyən tarixədək hazırlanması, həmçinin nəqliyyat - kommunikasiya əlaqələrinin perspektivi, Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyası istiqamətində  müzakirələrin aparılması və müəyyən razılıqların əldə olunması mümkündür. Bu mənada görüşün nəticəsinin rəsmi Bakının maraqlarına uyğun olacağını təxmin edə bilərik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...

Bakıda dərzi iş yerində öldü

Bakıda dərzi işlədiyi sexdə vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib. &nbs...

Şəxsiyyət vəsiqələrində mühüm DƏYİŞİKLİK – Yeni QANUN qəbul edildi

Azərbaycanda şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlara şəxsin ünvanı da əlavə olunacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respubli...

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.   DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera....