Logo

Mirzoyan Azərbaycanla sülh danışıqları ilə bağlı Vaşinqtona gedir

Mirzoyan Azərbaycanla sülh danışıqları ilə bağlı Vaşinqtona gedir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a səfər edəcək.

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

O qeyd edib ki, Mirzoyanın Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti mərhələsi planlaşdırılır.

Həmçinin Ermənistan parlamentinin vitse-spikeri, İrəvanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da Vaşinqtona gedir. Ermənistan nümayəndə heyətinin işgüzar səfərinin mayın 5-dək davam edəcəyi bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR