Putinin çinli həmkarı ilə PLANI: Məşhur nəşr xəbərdarlıq etdi
“Rusiya Prezidenti Vladimir Putin və çinli həmkarı Si Cinpin Qərbə qarşı qlobal zərbəyə hazırlaşırlar”.
Sfera.az bildirir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Belə ki, jurnalistlər Mark Tot və Conatan Svit dərc olunan məqalədə ABŞ Prezidenti Co Baydenin bundan xəbərsiz olduğunu qeyd edib:
“Baydendən fərqli olaraq, Putin və Si Cinpin qlobal rəqabətdə olduqlarını başa düşürlər. Ağ Ev rəhbəri isə regional böhranlarla məşğuldur. ABŞ dövlət katibi Entoni Blinken və bəzi digər rəsmilər belə münaqişələri daha geniş prosesin bir hissəsi kimi görmürlər. Buna görə də Vaşinqton qoşunlarını Əfqanıstandan çıxardı və özünü Çin və Rusiyanın etibarsızlıq ittihamlarına məhkum etdi”.
Nəşr ABŞ-nin xarici siyasətini və milli təhlükəsizliyini dözülməz adlandırıb. Jurnalistlərin fikrincə, hakimiyyət çox dağınıq davranır və daim mövqelərini dəyişir. “Bu, yalnız Putin və Cinpinə bütün dünyada Qərbin maraqlarını pozmağa imkan verir”, - media yekunlaşdırıb.
Türkan