Azərbaycan Xankəndiyə doğru irəliləyir – 4 NÜANS

Azərbaycan Xankəndiyə doğru irəliləyir – 4 NÜANS

Dövlət Gömrük Komitəsi Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başladı. Bu, bir müddətdir nəzarət-buraxılış məntəqəsinin ləğv ediləcəyi və ya Rusiya sülhməramlılarının nəzarətinə keçəcəyi iddialarının əsassız olduğunu sübut etdi.

 

Nəzarət-buraxılış məntəqəsinin və pasport yoxlanışı köşkünün quraşdırılması rəsmi Bakının əlini gücləndirəcək:

 

Birincisi, hazırda Qarabağda yaşayan ermənilər ya qondarma qurumun, ya da Ermənistanın pasportunu daşıyır. Ermənistan pasportu daşıyan şəxslər digər xarici ölkə vətəndaşları kimi müvafiq prosedur qaydalarından keçsə də, qondarma qurumun pasportunu daşıyan şəxslərdən ölkəyə buraxılmaları üçün mütləq şəkildə Azərbaycan Respublikasının pasportu tələb ediləcək.

 

İkincisi, ermənilər uzun müddətdir iddia edirlər ki, guya, Qarabağda 120 min erməni yaşayır. Erməni pasportu daşıyan şəxslər birmənalı şəkildə Ermənistan vətəndaşlarıdır. Pasport yoxlanışı köşkünün quraşdırılması həm də bu məsələdə dəqiq say əldə etməyimizə səbəb olacaq.

 

Üçüncüsü, Azərbaycan humanitar yüklərin Qarabağa daşınmasına hələlik heç bir maneə yaratmır. Lakin bu proses əbədi belə davam edə bilməz. Ermənistandan gələn yüklərə mütləq rüsum qoyulmalıdır.

 

Dördüncüsü, nəzarət-buraxılış məntəqəsinin və pasport yoxlanışı köşkünün quraşdırılması növbəti mərhələdə Laçın dəhlizinin statusunun ləğv edilməsinə gətirib çıxaracaq.

 

Müəllif: Politoloq Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...